Mən ürək,vermişdim sənə əzizim Sən,mənə nə verdin,deyə bilərsən ? Səninçün bu qədər asantmı demək, Getmək istəyirsən gedə bilərsən ... *** Nə yaman dəyişkən,oldun axı sən Mənki,unutmaqçün sevməmişdim ki, İndi bəhanələr nöqsan gəzirsən, Əzəldən beləydim görməmişdin ki ? *** Sevgi bumu səndə,ötəri hisslər, Küləktək bir səmtdən,əsdidə kecdi, Adını ürəyim əzizlər bəstlər, Yəni bu səninçün,söylə de hecmi ? *** Yadında ötəndə sizin tərəfdən, Yox idin,amma ki,ətrin duymuşdum, Gizləndin naməni mən rəfiqəndən , Alanda bir başqa insan olmuşdum, *** Arada nə qədər söz olsa belə, Biz küsmək,incimək bilməzdik axı, Artıq uzaqlaşdın,sən gündən-günə Budurmu eşqinin de etibarı ..? *** Deyim saxla yadda əbədi məndən, Sən məndən başqasın,sevə bilməzsən. Mənli günlərini gözün önündən, Kecsədə ay illər,silə bilməzzsən. *** Yalanmı.?Qəlbini arada təbibə göstər, Orda izlərim var,unudulmayan , Söylə mənim təki,səni kim istər, Varmı de eşqimin bənzəri olan ? *** Gördün hər sətirdə,bir sən yaşayır, Ürəyim yükünü belə daşıyır , Coxları söyləyir halın sormayır, Eşqindən alışıb yandığın insan…. ***