Fransanın TF1 telekanalında yayımlanan “The Voice” şousundakı möhrəşəm çıxışı ilə məşhurlaşan müğənni Araz Hümbətli Azərbaycanı “Eurovision 2016” mahnı müsabiqəsində təmsil edə bilər.
Bu barədə sosial şəbəkələrdə təkliflər səsləndirilir.
lunar.az xəbər verir ki, Kris Ayzekin (Chris İsaac) “Wicked game” kompozisiyası ilə fransızları heyran qoyan A.Hümbətli açıqlamasında ölkəmizi “Eurovision” səhnəsində təmsil etmək istədiyini bildirib.
”Eurovision”da Azərbaycanı təmsil etmək mənim üçün şərəfdir. Əgər bununla bağlı mənə təklif gəlsə, məmnuniyyətlə qəbul edəcəyəm. Ölkəmizi dünyada tanıtmaq, bayrağımızı yüksəklərə qaldırmaq üçün əlimdən gələni etməyə hazıram”.
İctimai Televiziyavə Radio Yayımları şirkətinin (İTV) sözçüsü Akif Cabbarlı A.Hümbətli ilə bağlı səslənən təkliflərə münasibət bildirib.
“Araz Hümbətlinin “Eurovision”da iştirak etmək şansı digər namizədlərlə bərabərdir. Hər şey münsiflərdən aslıdır. Bu barədə bizə hələ müraciət daxil olmayıb. İddiaçılar məlum olandan sonra münsiflər heyəti ən uğurlu namizədi seçəcək. Araz Hümbətli də seçim turunda iştirak edə bilər. Müsabiqəyə göndəriləcək iştirakçının adı dəqiqləşdiriləndən sonra İctimai televiziyanın saytında məlumat yayımlanacaq”-deyə İTV rəsmisi qeyd edib.