Saməddin Mehralıyev 14 Fevral, 2016 Bazar Baxılıb 6114
"Fırtına" özüyeriyən toplar "Fırtına" özüyeriyən toplar Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ərazisini yenidən bombalayır. ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı yazır ki, Türkiyə Ordusu gecə əməliyyatlarına başlayıb.
Bildirilir ki, TSQ-nın "Fırtına" özüyeriyən topları sərhədin yaxınlığında Suriya ərazisində yerləşən Azez qəsəbəsini yenidən atəşə tutub. Əməliyyatların gecə saat 00:00 radələrində (Bakı vaxtı ilə 02:00) başladığı və PYD, YPG terror təşkilatlarının mövqelərinin dayanmadan bombalandığı bildirilir.
Türkiyə bundan əvvəl isə ötən axşam Suriya ərazisində PKK terror qruplaşmasının yerli bölməsi PYD-nin mövqelərini bombalamağa başlayıb. "Fırtına" özüyeriyən topları Azez qəsəbəsini top atəşinə tutub.
Türkiyənın PYD və YPG terror təşkilatlarına ağır zərbələr endirməsi Amerika Birləşmiş Ştatlarını da narahat etməyə başlayıb. ABŞ dövlət departamentinin rəsmisi Con Kirbi bəyan edib ki, Vaşinqton Hələb şəhərinin şimalında yaranmış vəziyyətdən xeyli narahatdır.
Con Kirbi - ABŞ dövlət departamentinin rəsmisi Con Kirbi - ABŞ dövlət departamentinin rəsmisi Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin Hərbi-Hava Qüvvələrinin YPG-nın Suriyadakı mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.
“Dünən və bu gün PKK-nın Suriya qanadı mülki obyektləri və mötədil müxalifətinin mövqelərini bombalamaqda davam edən Rusiya aviasiyasının dəstəyi ilə Azez şəhərinə hücum edib. Məsələ ilə bağlı mövqemiz tam aydındır. Əlavə edim ki, bu hücumlar zamanı sərhədləriniz pozulub. Silahlı Qüvvələriniz, hücuma məruz qalmış tərəf kimi, lazımi tədbirlər görürlər. Bizim Silahlı Qüvvələrimiz Azez rayonunda müəyyən hədəflərə cavab zərbəsi endiriblər.
Rəcəb Tayyib Ərdoğan - Türikiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Türikiyə prezidenti Bundan əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd qruplaşması PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı tənqid edib.
Prezident Ərdoğan bildirib ki, PKK ilə PYD və YPG-nin bir fərqi yoxdur: “Amerikaya deyirik ki, bunlar terror təşkilatlarıdır, cavab verirlər ki, onları terror təşkilatı olaraq görmürük. Ey Amerika, siz bizim tərəfimizdəsiniz, yoxsa PYD-nin, YPG-nin? Siz bu təşkilatları bizə tanıda bilməzsiniz. Biz bunları çox yaxşı bilirik. Amma bunların heç birini bu günə qədər tanıya bilməmisiniz. Ona görə də, bu gün bölgə qan içindədir. Bu necə ortaqlıqdır? Anlamaq mümkün deyil”.
ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.