Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sadəcə düşün danışanda dinəndə ….

Sadəcə düşün danışanda dinəndə ….

Sadəcə düşün danışanda dinəndə ….

Manitor arxasına şirə pələngə dönən
Mənlikdən söhbət edib,mənliyində əyilən
Bir gerinə cönüb bax,sual verginən kiməm,,
Nəciyəm.. ?
Sadəcə düşün danışanda dinəndə ….


Üstü örtülü deyim,söz catar yiyəsinə,
O,dünyanı gözünün gətirginən önünə ,
Nə cavab verəcəksən,söylə inkir,minkirə ,,
Bilməmişəm..?
Sadəcə düşün danışanda dinəndə ……


Nöqsanları gizlətmək,olmayır ki ,orada
Şahidlərin qalıbdı deyəcəklər harada
Nə gələn olacaqdı,nədə catan imdada ..,
Acizəm..?
Sadəcə düşün,danışanda dinəndə …..

Süleymana qalmayan hec kimə qalmaz vallah
Tövbə eylə bağışlar,hər şeyi uca ALLAH
O,dünyada nə nalə,nə saya gəlməz ki ah ,
Kimkiyəm ..?
Sadəcə düşün ,danışanda dinəndə…..


Kişilikdən dən vurub qadına şantaş satan
Atan belə böyüdüb,səni,alcaq şərlətan…!
Telefonda qeyrətdən,üzdə dovşan “vid,, alan.
Sənmisən ?
Sadəcə düşün danışanda dinəndə…


Baxan deyər vidinnən Pirdi,Seyid ağadı
Bilən yox ki bu iblis şeytan cildi dığadı,
Milcək mundar deyilki,bircə könül buladı..
Bilmisən ?
Sadəcə düşün danışanda dinəndə ..!

Müəllif : SEYMUR SÖNMƏZ











Prinsesa от 21 fevral 2016 00:22
sadece duwun daniwanda dinende...! suppaa beyendim
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ