Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycan Ordusu hazır vəziyyətə gətirildi - Cavab zərəbləri üçün...

Azərbaycan Ordusu hazır vəziyyətə gətirildi - Cavab zərəbləri üçün...

Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə Müdafiə Nazirliyi az öncə məlumat yayıb. Bildirilib ki, Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib. Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Cəbhədə baş verənlərlə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi ki, cəbhə bölgəsində yaşananlar ara-sıra olan gərginliklərdən biridir:

“Birincisi, Alxanlıda yaşanan faciə ilə bağlıdır. Əlbəttə, Azərbaycan Silahlı Qüvvələri müəyyən tədbirlər görərək, adekvat cavablar verirlər. Bu məsələ artıq cəmiyyəti narahat edir. Azərbaycan Respublikasının Prezidenti – Ali Baş Komandan demişdi ki, aprel hadisələri hər an təkrarlana bilər. İndi düşmən tərəf müəyyən tədbirlər görür. Buna qarşılıq Azərbaycan Silahlı Qüvvələri də tədbirlərə əl atırlar. Azərbaycan Silahlı Qüvvələri təmas xəttində olan hərbi hissələri öz vəzifə borclarını həyata keçirməyə hazırdır. İstər o tərəfə cavab verməyə, istərsə də Ali Baş Komandanın əmrini yerinə yetirməyə.

Məqsədləri Azərbaycanı atəşkəsi pozan tərəf kimi qələmə verməkdir

Yaxın günlərdə Ermənistan və Azərbaycan narici işlər nazirlərinin görüşü olmalı idi. Onlar bilirdilər ki, dinc sakinlərin öldürülməsi, eləcə də Alxanlıda olan hadisə ilə bağlı Azərbaycan tərəfi hansısa adekvat addım atacaq. Görüş ərəfəsində süni gərginliyin yaradılması danışıqların perspektivini şübhə altında saxlamaqdır. Məqsəd danışıqlar zamanı Azərbaycanı atəşkəsi pozan tərəf kimi qələmə verməkdir”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ