Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xoşbəxtlik

Xoşbəxtlik

Xoşbəxtlik


Yoruldum mən onu gözləyib daha
Görəsən xoşbəxtlik yorulub özü?
Çağırdım, səslədim baxmadı mənə
Sanki xoşbəxtliyin kor olub gözü...
Gözlərim yolunu o qədər çəkib


Elə bil, səhrada ipək yoludur
Mən özüm kədərin qulu olmuşam
Görəsən xoşbəxtlik kimin quludur?
Çoxunun əlçatmaz arzusu olub,
Kimin ayağının tozu olmusan?


Kimin həyatında artığın qalıb,
Kimin həyatının azı olmusan?
Eşit sözlərimi dinlə ,xoşbəxtlik
Biraz ədalətin,vicdanın olsun
Həyatda hamıya eyni gözlə bax


Adına yaraşan ad, sanın olsun
Hamı günahkardır, gəl sən də olma
Haqqsız, ədalətsiz,nahaqq dünyada
Sən canı nə vaxtsa boş vaxtın olsa
Arabir məni də salarsan yada..!!










Prinsesa от 10 fevral 2016 19:54
Xoşbəxtlik ancaq kinolardadı
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ