Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qadınlar da hərbi xidmətə getsinlərmi? - SORĞU

Qadınlar da hərbi xidmətə getsinlərmi? - SORĞU

Son illər qadınların həqiqi hərbi xidmət keçməsi halları artıb. Norveç parlamenti 2014-cü ildə qadınların həqiqi hərbi xidmətə çağırılması barədə qanun qəbul edib. Hazırda qadınlar üçün məcburi hərbi xidmət İsrail və Myanma dövlətlərinin silahlı qüvvələrində tətbiq olunur. Bir çox ölkələrdə isə qadınlar hərbi xidmətə könüllük əsasında cəlb olunur.

Azərbaycan tarixində də döyüşkən, hərbçi qadınlar yetəri qədərdir. Müasir zamanda da qadın və ordu məsələsi cəmiyyətimizin qarşılaşdığı dilemmalardan biridir. Bir tərəfdən ərazilərimizin 20 %-nin işğalı faktı, digər tərəfdən isə milli mental dəyərlər bu məsələyə birmənalı yanaşmağa imkan vermir. Bəs Bakı sakinləri qadınların həqiqi hərbi xidmətə cəlb olunmalarına necə baxırlar?

Lunar.az xəbər verir ki, "ACT Azərbaycan" Bakı şəhərində bu məsələ ilə bağlı sorğu keçirib.

Sorğunun nəticələrini təqdim edirik.

Rəyi soruşulmuş respondentlərin əksəriyyəti (62 %) qadınların ordu sıralarına qoşulmasını alqışlayır. Və orduda qadınları dəstəkləyənlər də məhz qadınlardır (70 %). Zərif cinsi bu sahədə dəstəkləyən kişilər də yetəri qədərdir (43 %).

Zərif əllərə silah yaraşdırmayanlar sorğuda 34 % -dir və əksəriyyətini də məhz güclü cinsin nümayəndələri (53 %) təşkil edir. 4 % respondent bu məsələylə bağlı konkret fikir bildirə bilmir.

Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Qadınlar da hərbi xidmətə getsinlərmi? - SORĞU

(Milli.Az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ