Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Satılır..

Satılır..

Satılır..


Dünya fani,insanlarsa
Tamamilə başqalaşıb..
Sezəmmirəm,fikirləri,
Başda ağlım daha çaşıb..
Öz dərdimiz azdı bəyəm?
Manat ölür,dollar qalxır..
İndi hərə bir cür olub
Salam belə day satılır..!

Güman yoxdu sabahada,
Ətdə baha,qəntdə baha,
Nə veçinə varlı kəsin
Nə qalxıbdı,nə qalxmayıb,
Varmı fərqi ona bəyəm ?
Yazıq kasıb hardan alır,
İnsanlıqda day qalmayıb..
Marketlərdə zay satılır…!

Tülkülər şəhərdə daha,
Meşə salıb, şeşələnir
Yazıq pələng kol dalında,
Məcbur qalıb girmələnir..
Haqq ədalət budur bəyəm ?
Qarğa,qartala bağırır …
Fəsillərdə pulla olub.
Qışda isti,yay satilır…

Kim anlamaz,kimi anlar
Cahanda coxdu Məcnunlar,
Yar-yar deyir hey uşaqlar
Sevgilərdə saxtalaşıb ..
Məhəbbət bu söylə bəyəm ?
Diqqət elanlar yazılıb..
Bir ürəkdə iki sevda,
Biri pünhan pay satılır..

MÜƏLLİF : SEYMUR SÖNMƏZ










Prinsesa от 26 февраля 2016 21:44
Coooox beyendiim.tewekkurler
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ