Məhəbbət qəlbimdə coşgun ceşmədir, Əbədi silinməz könlüm səndədir, Bilmirəm həsrətin ,nə bəhanədir, Vüsalı cox görən,söylə sənmisən ? Dəyişir halım.....
Yazanda sən mənə oluram başqa Biraz təşviş ilə, biraz təlaşla Almısan özümü bir tək baxışla, İndi kənar duran,söylə sənmisən ? Vəfasız yarım .......
Yaraşmır vəfasız kəlməsi sənə Özüm utanıram dildə deməyə Şübhə edirsənsə səvən qəlbimə Tənəli danışan,dinən sənmisən ? Qadanı alım ......
Sənki yad deyilsən qəlbimdə olan Sənsiz bu dünyada bilginən yoxam, Bir şəməm oduna alışıb yannam Söylə de pərvanəm,şəmim sənmisən ? Ay mənim canım ....