Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Naxçıvan aeroportundakı məsələyə rəsmi aydınlıq gətirildi.

Naxçıvan aeroportundakı məsələyə rəsmi aydınlıq gətirildi.

Naxçıvan aeroportundakı məsələyə rəsmi aydınlıq gətirildi.


“Azərbaycan Hava Yolları” (AZAL) Naxçıvana uçan təyyarələrə biletin olmaması və qiymətinin qaldırılması məsələsinə aydınlıq gətirib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ANS PRESS-ə açıqlamasında Naxçıvana uçan sərnişinlərin heç bir problemlə qarşılaşmadığını bildirib.

“Naxçıvana uçmaq istəyənlər üçün kassamızda kifayət qədər bilet var, qiyməti də 50 manat. Sərnişinlər biletləri “Silk way travel”dən də artıq pul vermədən ala bilərlər. Kassadan kənarda bilet satan olsa, onlara qarşı ciddi tədbirlər görüləcək”, - deyə Paşa Kəsəmənski vurğulayıb.

Qeyd edək ki, bəzi informasiya saytlarının verdiyi məlumata görə, Naxçıvana uçmaq istəyən sərnişinlər çətinliklərlə üzləşirlər. Sərnişinlər hava limanının kassasında bilet tapa bilmirlər.


Naxçıvana uçan təyyarə


Bəzi işbazlar isə həmin biletləri hava limanındakı sərnişinlərə 100 manata təklif edirlər. Bir qədər xahiş-minnətdən sonra bileti ən yaxşı halda 70 manata satırlar.

İşbazlar Naxçıvana bilet tapmayanların şəxsiyyət vəsiqəsinin fotoşəklini telefonla çəkir və 15 dəqiqədən sonra bilet gətirib verirlər. Kassalarda isə bildirirlər ki, Naxçıvana bilet yoxdur, qurtarıb.



Xeyir-şər məclislərinə tələsənlər, hərbi xidmətlə bağlı məzuniyyəti başa çatıb geri qayıtmalı olan hərbçilər vaxtında mənzil başına çatmaq üçün məcbur qalıb 50 manatlıq bileti 70-100 manata almalı olurlar.

Naxçıvana uçuş biletlərinin qiymətinin 50 manat olması 1 yanvar 2011-ci ildən tətbiq olunub. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2010-cu il dekabr ayında Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysi üzrə sərnişindaşıma tariflərinə yenidən baxılıb.


İlham Əliyev - Azərbaycan prezidenti


Qəbul edilmiş qərara əsasən, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə sərnişindaşıma tarifi 95 manatdan 70 manata endirilib ki, bunun da 20 manatı dövlət büdcəsi hesabına ödənilir.

Bu qəraradək sərnişinlər bir bilet üçün 75 manat ödəyirdilərsə, qərarın qüvvəyə mindiyi tarixdən etibarən sərnişinlər bir bilet üçün 50 manat ödəyirlər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ