Dəyişən heçnə yox,qəlbimdə yerin, Qalaçaq yadigar bax,bu günlərin, Yazıram sən adlı,qismət nə bilim, Bu sənə son məktub olaçaq bəlkə... *** İndi ayrılığı andıqça bir an, Sabaha qalmayır vallahi güman Ay mənim ağlımı,özümdən olan, Bu sənə son məktub olaçaq bəlkə... Həyat qəribədir sığortası yox, Əzrayıl baxmayır qoça cavan, ox, Deməyə sözlərim düzüm-düzüm cox , Bu sənə son məktub olaçaq bəlkə... *** Sevgi alamində gəzdim dolandım, Vüsalın dadmamış həsrətə yandım, Ürəkdən gələni qələmə aldım , Bu sənə son məktub olaçaq bəlkə... Şükür yaradana şükür bu günə Səndən hey yazmışam sətirlərimə Bağışla dəymişəmsə əgər xətrinə Bu sənə son məktub olaçaq bəlkə... *** Sönməzin verməyə birtək qəlbi var, Məhəbbət yolunda məğrur dəyanar, Gün kecər,ay batar,nə bilmək olar , Bu sənə son məktub olaçaq bəlkə... Müəllif :Seymur Sönməz