Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Səni unudaram sənin xətrinə

Səni unudaram sənin xətrinə

Səni unudaram sənin xətrinə

Səni unudaram sənin xətrinə

Yolunda hər şeyi etdim, bilirsən.
Get dedin tərk edib getdim, bilirsən.
İndi də deyirsən unudum səni.
Həsrətin yağışı islatsa məni,
Gedib sığınaram özgə çətrinə.
Səni unudaram sənin xətrinə

Zamanı gəldikcə sağalar yaram.
Gecələr adını sayıqlamaram.
İçərəm dərdimi ovutmaq üçün.
Səni həmişəlik unutmaq üçün.
Adını yazmaram şeir sətrinə
Səni unudaram sənin xətrinə

Gözümü yollardan yığışdıraram.
Ruhumu taleylə barışdıraram.
Qəmli mahnılara qulaq asmaram.
Sən olan yerlərə ayaq basmaram.
İntizar qalsam da o gül ətrinə,
Səni unudaram sənin xətrinə...









LoVe Fire от 4 февраля 2016 17:05
Qewey seirdi ellerina saxliq.
--------------------
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ