Hər bahar ayrıdı, hər fəsil ayrı
Gəl tutum əlindən,göstərim qayğı
Coxları oxuyub necə çür mahnı,
Məndə qoy oxuyum sevgi nəğməsi...
İllərdə cox olur büsat bayramlar
Sevgidə ayrıdı tamam duyğular
Xeyri yox olsada,boran,cən,qarlar
Aşıqçün günəşdir yarın gəlməsi...Məhəbbət satılan,alınan deyil
Göz gördü,sevdinsə etdinsə meyil,
Nə olur qoy olsun,qəlb dönən deyil ,
Hecnədir yüzünün min bir kəlməsi...Həyatda büdrəmə calış ki enmə ,
Arada söz olar sus daha dinmə ,
Sevdinsə sevginən beş günlük sevmə
Ölümdən betərdi eşq qəmxanəsi...
Hamıya qol acar,qoynuda dünya,
Bizlərə nələri bəxş edər Xülya,
Əhdində andında calış bir ol, ya
Cəkicək vaxtı var,haqq tərəzisi ....Seymuram coşuram daşıram hərdən
Yazanda oluram uzaq kədərdən
Doymadım neyləyim bu məhəbbətdən
Olmuşam sevgimdə eşq divanəsi...MÜƏLLİF: SEYMUR SÖNMƏZ02.02.2016