Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
2 Fevral - Gənclər Günü:

2 Fevral - Gənclər Günü:

2 Fevral - Gənclər Günü:

2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si ümumilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır. Azərbaycanda doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb.
14 ildi qeyd etmiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Deyirlər hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Mən də bu fikirlə tam razıyam. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa deməli o cəmiyyətdə gənclər də proqressiv, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır. Ümidsizliyə qapılan bir gənc görəndə çox təəssüflənirəm. Və deyirəm ki, gəncliyə ümidsizlik yaraşmır. Bütün gənclərimizə həmişə İrəlidə olmağı arzu edirəm.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ