Beyləqanda bir neçə nəfər 42 yaşlı kişini döyüb. ANS PRESS-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında Beyləqan şəhərindəki kafelərdən birində baş verib.
Rayonun Mil qəsəbəsinin sakini Elçin Əliyev kafedə oturarkən, digər stolda əyləşən şəxslərlə arasında mübahisə yaranıb. Daha sonra mübahisə davaya çevrilib və o, həmin şəxslər tərəfindən döyülüb.
Yaxınlarının sözlərinə görə, çoxsaylı yumruq zərbələrinə məruz qalan şəxs Beyləqan mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəsətxanadan bildirdilər ki, zərərçəkən alın və göz altı nahiyəsindən küt travma alıb.
Həyati təhlükəsi yoxdur. Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Beyləqan rayon polisi araşdırma aparır.