Mənim adım divanədir bir məhəbbət dünyasında.
İz salmışam sözlərimlə,sevənlərin hülyasında,
Cağırsam sən gələrsənmi ? eşqin ümud adasına,
İlk görüşə gözləyirəm, Bir sən olaq birdəki mən.
Qulluq edim sənə özüm sübhədən lap axşamadək,
Ordan-burdan şirin-şirin aram aram söhbət edək
Odun yığım bir ocağın istisində biz isinək
Həsrətə lap güc gələrək ,Bir sən olaq birdəki mən.
Qızıl gülü dərim sənə,saclarına cəkim tumar,
Baxım sənə söz arası gizlin- xəlvət xumar-xumar,
Könül gülüm harda olsan,səni anıb səni duyar ,
Bu dünyada əbədilik,Bir sən olaq birdəki mən.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ