Yarın qalan arzular xəyalımda dircəlib
Bir azcana böyüyüb pöhrələnib cücərib
Qəlbim coşub dəniztək ,ahəstə cilvəlinib
Bugün mənə şeh düşüb ,eşqin havası dəyib
Dəyişmişəm nədənsə qeyri adi olmuşam
Həsrət intizar nədi , belə imza atmışam
Səni duyub beləcə ,tamam başqalaşmışam
Bu gün mənə şeh düşüb eşqin havası dəyib
Sevgi nədi bölmüşəm sonra vurmuşam diqqət
Alınıbdı cavabda həcmi yüksək məhəbbət
Unutmuşam kədəri Seymur yazıb həqiqət
Bu gün mənə şeh düşüb eşqin havası dəyib