Hadisə rayonun Qolqəti kəndində qeydə alınıb.
APA-nın məlumatına görə kənd sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Taleh Nizami. oğlu yaşadığı evin həyətindəki talvardan özünü kəndirlə asaraq intihar edib. İki uşaq atası olan Taleh Allahverdiyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. İntihar edən şəxsin banka kredit borcu olduğu deyilir.
Nəzərinizə çatdıraq ki, Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.