Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
AZƏRBAYCANDA POLİS GÜNÜ

AZƏRBAYCANDA POLİS GÜNÜ

AZƏRBAYCANDA POLİS GÜNÜ



Polis yunan sözüdür. Mənası “şəhər”, “dövlət” deməkdir. Belə ki, Qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət idi. Bu dövlətlərin özünəməxsus sosial-iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət və peşə sahiblərinin ittifaqından əmələ gəlib. Əkinçilər və tacirlər də buraya daxil idilər. Şəhərlərdə hakimiyyət ağsaqqallar şurasının, kəndlərdə isə hərbi rəhbərlərin əlində idi.
Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas silkə – aristokratlara, demokrtalara və oliqarxiyaya ayrıldılar. Demokratlar çoxluq təşkil edən geniş xalq kütləsi, aristokratlar varlılar və yüksək vəzifəlilər,oliqarxiya isə hakimiyyət başında olanlar idi. Sonralar bu üç təbəqə arasında saysız ziddiyyətlər baş verdi. Beləliklə, Qədim Yunanıstan heç zaman mərkəzləşmiş vahid dövlət şəklində birləşə bilmədi. Əvvəl Makedoniyalı İsgəndər, sonra isə romalılar Yunanıstanı işğal edib polislərin – şəhər dövlətlərin varlığına son qoydular. Lakin şəhər-dövlətlərin yaratdığı möhtəşəm yunan sivilizasiyası əbədi yaşadı. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi polis termini də yaşadı. Amma başqa mənada, dövlətin ictimai asayişə nəzarət etmək üçün yaratdığı hərbi dəstələr Avropa ölkələrində və ABŞ-da polis adlandı. Bu dəstələr daha mütəşəkkil forma alıb, dünyanın əksər ölkəsində tətbiq edildi. Kommunist rejimi dövründə bu söz “milis” adı ilə əvəz olundu. Milis latınca “militia” sözündən olub ordu anlamını ifadə edir. Hazırda dünyanın əksər ölkəsində olduğu kimi, sabiq sosialist dövlətlərinin çoxunda, o cümlədən, Azərbaycanda da ictimai asayişi qoruyan Azərbaycanda da ictimai asayişi qoruyan orqanlar polis təşkilatları, orda xidmət edən şəxslər isə polis adlanır.
Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi.
AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Əvəzində "milis" adlandırılan bir qurum yaradıldı.
Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan daha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilib. Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynayıb.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. Polis sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır.
Bakı şəhər Baş Polis İdarəsinin ictimai əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bu günlə bağlı açıqlamada bildirib ki, “Polis günü Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-sində qeyd olunur. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Dövlətimizin asayişini qorumaq onların üzərinə düşür, biz də hər zaman onlara dəstək olmalıyıq”.











BANDITKA от 2 iyul 2016 12:25
tewekkurler xebere gore
Xanimcik от 2 iyul 2016 13:58
tewekurler )))
SENINEM от 2 iyul 2016 16:32
vallah duzunu desem oxumadim ama yenede sagol canim xebere gore eziyyet cekmisen wink
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ