Nə səndə sevgi var,nə məndə istək
***
Nöqsanlar coxalır,nöqsanlar artır,
Gah aşkar,gah pünhan ürəyi yırtır,
Onsuzda ürəyim əzəldən catdır,
Düzələn deyil ki,dərinə getsək,
Nə səndə sevgi var,nə məndə istək.
Könül alışarda,könül yanarda,
Geci tez ayrılıq vardı son anda,
Budur ilahinin qoyduğu qayda,
Vallah günah olar,şikayet etsək,
Nə səndə sevgi var,nə məndə istək.
İnciklik olmasın aramızda gəl,
Dost kimi qalaraq,dostək sıxaq əl,
Neyliyə bilərik buda bir qismət,
Mənçə lazım deyil,inciyib küsmək,
Nə səndə sevgi var,nə məndə istək..
Sanaq bir nağılın sonuna gəldik,
Enişli yoxuşlu yolları kecdik,
Nə Məcnun,nə Leyla biz ola bildik,
Xeyri yox riyazi- siyasi bölsək
Nə səndə sevgi var,nə məndə istək..
Hər şeydə bir xeyir dedilər vardı,
Buda ömrümüzdən xatirə qaldı,
Külək elə əsdi,kecdi apardı,
Bunu ikilikdə yazıb qol cəksək,
Nə səndə sevgi var,nə məndə istək
Daha aldatmayaq bir –birimizi ,
Pozulmaz qəlblərdən sevginin izi,
Cətində olsada deyəcəm sözü
Sonunda hər şeyin düzünü desək,
Nə səndə sevgi var,nə məndə istək
Müəllif: Seymur Sönməz