Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Esgerlerimiz komandire yalvarir ki,buraxin ireliye gedek"

"Esgerlerimiz komandire yalvarir ki,buraxin ireliye gedek"

"Esgerlerimiz komandire yalvarir ki,buraxin ireliye gedek"


Bəzi politoloqlar ötən gün cəbhədə vəziyyətin gərginləşməsini və Ermənistan tərəfindən atəşkəs rejiminin pozulmasının revanş məqsədi daşıdığını bildirir. Onlar Ermənistanın dördgünlük müharibədə itirdiyi əraziləri yenidən geri qaytarmaq istədiklərini düşünürlər.

Bəs həqiqət nədən ibarətdir?

lunar.az bildirir ki, məsələni şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, erməni tərəfinin 4 günlük müharibədən çox ağır təəssüratlarla çıxdığı faktdır və bundan sonra qarşı tərəfin başlıca məqsədi baş verənləri təhlil etmək və nəticə çıxarmaq olacaq: "Onlar bütövlükdə idarəetməni, Sarkisyan rejiminin halını, beynəlxalq əlaqələri, Ermənistanın təklənməsinin səbəbini, iqtisadi durumun ağırlığını, Rusiyanın bu ölkənin içərisindəki əsas strateji iqtisadi mərkəzləri ələ alması və işlədə bilməməsi ucbatından yaratdığı çətinlikləri, Ermənistan Qərbin tərəfdaşına çevrilsəydi o durumun nətəcələrini özləri üçün hesablayırlar və bu, mühüm nəticələr doğuracaq. Sarkisyan buna uyğun hərəkət edir. O, bir neçə müstəvidə ağır zərbə aldığını bilir. İllərlə həmin hakimiyyət erməni xalqının faicəsinə səbəb olsa da, rejim Qarabağ adıyla özünü qoruyub saxlayırdı. İndi bu hakimiyyətin oturduğu o mühüm dayaq ayağının altından qaçmaqdadır".

Millət vəkili bildirib ki, Azərbaycana zərbə vurmaq istəyən qüvvələr hazırda Sarkisyan ərtafında toplaşıblar. Bu qüvvələrin isə məqsədi Azərbaycanı yeni müharibə istəyindən geri çəkilməyə məcbur etməkdir: "Sarkisyanın ətrafında Azərbaycana assimetrik zərbə vurmaq istəyən qüvvələr daha çox toplanır və Sarkisyanın vəziyyəti kifayət qədər böhranlı olduğundan böyük ehtimalla onların dediyi addımlara gedə bilər. Sarkisyanın səngərdə mundir geyinməsi, əsgər formasını alması, gəlib eyni zamanda hərbi qüvvələrin önündə çıxış etməsinin bir nəticəsi var. Nəticə də ondan ibarətdir ki, bir çoxları erməni rəhbərliyini inandırmaq istəyir ki, Azərbaycana Gədəbəy, Qazax, hətta Füzuli və ya Tərtər istiqamətindən xüsusi bombalar - zəhərli radiaktiv elementlərlə zənginləşdirilmiş, hətta nüvə elementləri ilə dolu olan bombalarla zərbə vursun. Azərbaycanın külli miqdarda insanının məhvinə istiqamətlənmiş bu plan bizim növbəti müharibə iddiasından geri çəkilməyimiz, o cümlədən 1 aprel vəziyyətinə qayıtmağımızı nəzərdə tutur. Ona görə də, məsuliyyəti Azərbaycanın üzərinə atmaq, Azərbaycanı siyasi cəhətdən çıxdaş etmək istəyirlər. Guya biz artıq müharibə qərarı vermişik, BMT-də məktub yaymışıq ki, 1994-cü ilin atəşkəs sənədi qüvvədən düşüb".

Zahid Oruc 2013-cü ildə Samvel Babayanın Sarkisyana müraciətində Azərbaycan hərbi potensialının üstünlüklərindən bəhs etməsini də xatırladıb: "Azərbaycan ərazilərinin işğalında mühüm yer tutan və cəmiyyətdə haqqında sərkərdə kimi miflər dolaşan Samvel Babayan Sarkisyanla münasibətləri kifayət qədər pis olduğu vəziyyətdə -2013-cü ildə Sarkisyana müraciət etmişdi. Bildirmişdi ki, onun əlindəki məxfi məlumatlara görə, Azərbaycanın malik olduğu hərbi üstünlüklər, silah-texnika, əsgərlərimizin təlim-təlimatlardan əldə etdiyi güc onu göstərir ki, bu müharibə bir gün başlayacaq və bu dəfə ermənilər uduzacaqlar. Ona görə də müxtəlif silahların adını təqdim etmişdi ki, bunları almaq lazımdır. O, həmin silahların səngərə gətirilməli olduğunu və buradan Azərbaycana atəş açılmalı olduğunu qeyd etmişdi".

Millət vəkili hazırki dövrdə Rusiyanın Qarabağ mövqeyinin xeyli dərəcədə neytral və obyektivliyə yaxın olduğunu bildirib. Onun sözlərinə görə, indiki vəziyyət 90-cı illərdən fərqlidir:

"Ermənilərin hazırki dövrdə Rusiyanın ünvanına yağdırdığı milyonlarla ittihamın, təhqirin başlıca səbəbi odur ki, ruslar 90-cı illərdə olduğu kimi bunların əvəzinə vuruşsunlar. Lakin mən istəyirəm ki, bizim siyasətçilərimiz, politoloqlarımız, mediamız əsasızsız yerə, bəzən Rusiyanın bir televiziyasında gördüyü mövqeyə görə, mənbəyini araşdırmadan, oradakı ermənilərin iştirak payını ölçmədən, elə 90-cı illərin beyni və reallıqlarıyla Rusiyanı ittiham etməsinlər. Hazırki dövrdə biz bilməliyik ki, Qərbin qoşunları Qafqazda yoxdur. Əsas qüvvə Rusiyadır".

Millət vəkili onu da vurğulayıb ki, ötən gün atəşkəsin pozulması və cəbhədə vəziyyətin gərginləşməsi erməni tərəfinin içində olduğu ağır duruma işarədir: "Əlbəttə atəşkəsin belə geniş miqyasda pozulması, ağır artilleriya silahlarından istifadə olunması onu sübut edir ki, ermənilər cəmiyyəti ayaqda saxlamaq üçün müəyyən revanş götürmək istəyirlər. Amma Azərbaycan 90-cı illərdəki kimi nə siyasi xaos vəziyyətinə düşəcək, nə hərbi çaxnaşma olacaq, nə də Azərbaycan əsgəri dayandığı mövqedən geri duracaq. Tam mötəbərliklə deyim ki, əsgərlərimiz komandirlərə az qala yalvarırlar ki, bizi buraxın irəliyə gedək. Bunu mən təbliğat üçün demirəm. Bu, dəqiq fikirlərdir".








SENINEM от 3 may 2016 01:30
XEBERE GORE TWKURLER
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ