Salma yada ötənləri varaqlama səhvələri
Odur qalıb lap geridə toz basıbdı,ay,illəri,
Gəl bağrımı yaralama,soraqladım O,günləri,
Hamı duydu,bircə duyan sən olmadın ...
...
Həsrət yaman açı imiş,ayrılıqda qalınca mən,
Nələr cəkdim öz icimdə,sən axı hardan biləsən,
Doğma eldə qərib oldum,görən sandı yad elliyəm,
Hamı gördü,bircə görən sən olmadın....
...
Günəş olub şəfəq sacdım yollarına aram-aram,
Ürəymdə illər boyu gəzdirmişən səni pünhan,
Mən oldummu söylə yatan,Sənmi oldun geç oyanan,
Hamı sordu,bircə soran sən olmadın....
...
İncilərdə incim idin,naxışlarda al naxışlım,
Yaman insafsizsanmış baxışı ürkək baxışlım,
Sönməz oldum hicranının yollarında hey alışdım,
Hamı gəldi, bircə gələn sən olmadın....
MÜƏLLİF: SEYMUR SÖNMƏZ