Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu Sevda

Bu Sevda

Bu Sevda



Nahaqdan doymuşam, mən haqq gəzirəm,
Başıma bir bəla, günah gəzirəm.
Mən ki məhəbbətdən uzaq gəzirəm,
Hardan ürəyimə doldu bu sevda?

Dərdə əyilməzdim, eşqə əyildim,
Bu eşqi Tanrının cəzası bildim,
Mən ki bu sevgiyə hazır deyildim,
Gül kimi əlimdə soldu bu sevda.

Yenə mən olmadım ülfəti qıran,
Sevdimmi, eşqimdə ölüncə varam,
Kədəri bir dünya, sevinci bir an,
Məni bəlalara saldı bu sevda.

Təkliyə sən necə dözürdün, Allah,
Bu eşqlə qəbrimi qazırdın, Allah,
Özünə şərikmi gəzirdin, Allah,
Sənə istəyimi böldü bu sevda
.









BANDITKA от 20 aprel 2016 17:25
Qeweng weirdi tewekkurler
Inara от 20 aprel 2016 20:57
qeseng seirdi maragliydi
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ