Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bir dəli sevdanın qurbanı oldum

Bir dəli sevdanın qurbanı oldum

Bir dəli sevdanın qurbanı oldum


Bir dəli sevdanın qurbanıyam mən,
Ürəyim həsrətdən od tutub yanır.

Üzümdə yalançı gülüşü görən,
Məni bu dünyanın xoşbəxti sanır.

Görəsən xəbəri varmı o kəsin,
Gecələr-gündüzlər nə çəkdiyimdən?
Təbəssüm olsa da dodaqlarımda,

İçimdə dərd biçib qəm əkdiyimdən...

Uçan durnalara bənzəyirəm mən,
Xəyalım yerləri, göyləri gəzir.
Gözlərim fikirdən hər gün yol çəkir,

Beynim xəyallardan nə yaman bezir...

Günahı kimsədə görməyirəm mən,
Olmuşam bir dəli sevdaya əsir.
Oturub xəyala dalarkən hərdən,

Bir isti yay günü əsirəm tir-tir.

Fikirlər, xəyallar üşüdür məni,
Deyəsən yetişib ömrün qış çağı.
Hələ də sinəmdə yeri qalıbdır,
Bağrımın başına çəkdiyin dağın..











Suzana от 12 yanvar 2016 22:05
qesey seirdi canim xeberin rengin beyendim en cox )
--------------------
Esgeroov
Esgeroov от 25 fevral 2016 21:49
Ezyet Cekib Paylawrsiz Beyendim Elnize Saliq
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ