Mən sənə bağışla söyləmədim ki, Cün ki nöqsanlarla gəlmisən belə Qəlbimi kirayə verməmişdim ki, Beş günlük gələsən gedəsən deyə. Ayrılıq tək bizdə görünməyibdir, Nə coxdu ayrılan,nə coxdu gedən Deyirlər dərdin nə,bilinməyibdir Pünhanca dərdimi özüməm cəkən. Qoy gizli saxlıyım,qoy gizli qalsın Nə sən gələsisən,nə mən dönənəm Fikirlər ,xəyala dalıb duymasın Onsuzda mən sənin,sənin deyiləm. Buda son sözlərim bitdi beləcə, Sanaq biz nağıllar aləmindəydik. Soruşan olarsan səndən sadəcə Deyərsən nağılın sonuna gəldik...