Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Əsgəri salam” adlı videoçarx hazırlanıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov SİA-ya bildirib ki, videoçarx Azərbaycan gəncliyinin və idmançılarımızın hər zaman ordumuza dəstək olduqlarını, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, Onun əmrinə istənilən zaman hazır olduqlarını bir daha göstərmək məqsədilə hazırlanıb.
Qeyd edək ki, videoçarxda Prezident İlham Əliyevin işğal olunmuş ərazilərdə dövlət bayrağımızın qaldırılacağı haqda səsləndirdiyi fikirlər, olimpiya, dünya, Avropa çempionlarımız və digər tanınmış idmançılarımızın əsgər formasında hərbi salam verərəkən şəkilləri yer alıb.
Lahiyənin rəhbəri Taleh Orucov, fotoqraf isə Asif Bəşirovdur.