Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Lənkaran dövlət universitetinin rektoru vəzifəsindən azad edildi

Lənkaran dövlət universitetinin rektoru vəzifəsindən azad edildi

Lənkaran dövlət universitetinin rektoru vəzifəsindən azad edildi


Prezident İlham Əliyev Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərovu vəzifəsindən azad edib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısının verdiyi digər sərəncamla Asəf İsgəndərov təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.


Fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov 1958-ci ildə Lerik rayonunda orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A.Tixonov, A.Samarski, M.Lavrentev, V.Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir.

1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir.

Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.

2008-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə professor Asəf İsgəndərova Əməkdar elm xadimi fəxri adı verilmişdir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ