Yoruldum həsrətin yollarinda mən,
Hər yerdə axtarib,səni gəzəcəm.
Fikrimdə ayriliq,xəyalimda sən,
Son dəfə üzünə baxib gedəcəm...Sevgimiz ağacdir,amma bəhərsiz,
Çapiram getməyir atim yəhərsiz,
Düşünmə gedərəm səndən xəbərsiz,
Əlini ovcumda sixib gedəcəm...Necə yaraşdirdin axi özünə,
İnanmaq olmayir heç bir sözünə,
Gözlərim həsrətlə baxib gözünə,
O,sevən qəlbini yixib gedəcəm...Qəflətən ayriliğ küləyi əsdi,
Sənsizlik əcəl tək yolumu kəsdi,
Əlvida,gedirəm ağlama bəsdi,
Gözündən yaş olub axib gedəcəm...Şeytanmi azdirdi səni yolundan?
Mələklər günahi yazir solundan,
Gedərkən nifrətlə sixib qolundan,
Canini yandirib-yaxib gedəcəm...