Azərbaycanda uşaqları dünyaya gec gələn ailələr müxtəlif əhdlər edir, Allah yolunda qurban deyir, nəzir paylayır və s. Şəmkirin Seyfəli kəndinin sakinləri olan Əliyevlə ailəsi isə digərlərindən fərqli addım atıb.
Evləndikdən sonra 12 il övladları olmayan Rasim Əliyev və həyat yoldaşı 2009-cu ilin 19 martında dünyaya gələn Peyman adlı oğlanlarının saçına 7 il əl vurmayacaqlarını əhd ediblər. Onlar arxada qalan 7 ildə əhdlərini yerinə yetirərək oğlanın saçını kəsməyiblər.
Bu il martın 19-da 7 yaşı tamam olan Peyman nəhayət ki, uçuz saçlarından xilas olub. Uşağın valideynləri uşağın saçının kəsilməsindən əvvəl və sonrakı görüntüləri göndərib. Həmin görüntüləri təqdim edirik.