Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycan Novruz bayramını qeyd edir

Azərbaycan Novruz bayramını qeyd edir

Azərbaycan Novruz bayramını qeyd edir


Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün Novruz bayramını qeyd edilir. "Novruz" "yeni gün" deməkdir və baharın gəlişini simvolizə edən qədim xalq bayramıdır.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirərək onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar.

Bəzi məlumatlara görə, Novruz bayramı bizim eradan 350 min il əvvəl Əhəmənilər dövründən qeyd olunub. Bu bayramın tarixi hətta Zərdüştlükdən də əvvələ gedib çıxır. Novruz əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır. Bayram axşamı süfrəyə bayram şirniyyatı, plovun müxtəlif növləri qoyulmalıdır. İnanclara görə, süfrəyə sarımsaq, sirkə kimi acı nemətlər qoymaq olmaz. Çalışmaq lazımdır ki, ət xörəkləri də az olsun.

Qədim təsəvvürlərə görə, süfrədə ət yeməyi bol olarsa, insanlar həmin il ət kimi yumşaq olar və əməyə çox meyl etməzlər. Süfrəyə daha çox yeddi növdə xörək, əsasən də ağartı məhsullarından və bitkilərdən hazırlanmış nemətlər qoymaq lazımdır. Həmin gün süfrədə südlü aş, südlü qaymaq, səməni halvası, səbzili aş, sumaq, səməni olması vacibdir. Bayram süfrəsinin əsas atributları sayılan paxlava, şəkərbura və şorqoğalı qədim təsəvvürlərlə bağlıdır. Şəkərbura 15 günlük ayın, paxlava ulduzların, şorqoğalı isə günəşin rəmzidir.

Bakıda bayramla əlaqədar müxtəlif şənliklər keçirilir
Bakıda bayramla əlaqədar müxtəlif şənliklər keçirilir
Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Bu il Bahar Azərbaycana martın 20-si Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində qədəm qoyacaq. Bu barədə ANS PRESS-ə Azərbaycan Milli Elmlər Akademiyası ŞamaxıAstrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

BAYRAMINIZ MÜBARƏK!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ