Azərbaycan Mərkəzi Bankı (AMB) martın 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən ANS PRESS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 28-nə 1,5876 səviyyəsində müəyyən olunub. Dollar bu gün 1,5971 manata bərabər olub.
Martın 16-da Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyatlar Sistemi (FES) dünyanın gözlədiyi uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. İki günlük iclasın yekununa dair qəbul edilən protokolda bildirilir ki, Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməyib. Qərarın dəyişdirilməməsi qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edilir.
Mərkəzi Bankdan manatla bağlı qərar
FES-in bu qərarından sonra dünya birjasında dollar sürətlə ucuzlaşmağa, neft isə bahalaşmağa başlayıb. FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.
Bu addım uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə ilə atılıb.
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.