Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sevdamıza qul olanda

Sevdamıza qul olanda

Sevdamıza qul olanda




Əllərindən tuta bilsəm,
bütün dünya mənim olar...
Arzularım daşa dəysə,
ömür-duman,çənim olar!...

Sənsən axı səadətim,
səadətə gedən yolam...
Əbədilik məhəbbətim,
bu sevdaya özüm qulam!...





Sənsən axı məhəbbətim,
bu sevdanı yaşadım tək...
Əzabını,hər dərdini
bu dünyada daşıdım tək!...

Bu dünyada görən gözüm,
sevda dolu şirin sözüm...
Bir dünyalıq məhəbbətim,
sənsən axı səadətim!...




Ömür gülüm-çiçəyimsən,
sən gözəlim-göyçəyimsən...
Bir ömürlük məhəbbətim,
sənsən axı səadətim!...

Sənsən axı səadətim,
sənsiz ömrüm olar yetim...
Gəl ömrümə gülə-gülə,
məni yenə xoşbəxt elə...





Məhəbbətim,səadətim,
həqiqətim,sədaqətim...
Sənsiz dünyam qalardı boş,
sənli ömür gözəl,nə xoş!...

Sənsən axı səadətim,
mənə onu çox görmə sən!...
Ay ömürlük məhəbbətim,
mən olmasam,üzülmə sən!...








LoVe Fire от 12 yanvar 2016 23:05
Qewey seirdi redaktenide cox beyendim ellerina saxliq canim.
--------------------
Esgeroov
Esgeroov от 25 fevral 2016 21:35
Ezyet Cekib Paylawrsiz Beyendim Elnize Saliq
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ