Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanlılar bayram süfrəsinə gəlirlərinin 25%-ni sərf edəcəklər

Azərbaycanlılar bayram süfrəsinə gəlirlərinin 25%-ni sərf edəcəklər

Azərbaycanlılar bayram süfrəsinə gəlirlərinin 25%-ni sərf edəcəklər

Novruz bayramında masaya düzülən nemətlər
Novruz bayramı Azərbaycanda səbirsizliklə gözlənilən bayramlardan biridir. Təkcə ona görə yox ki, martda ənənəvi olaraq bir həftə ərzində qeyri-iş günləri olur - bir çoxları bayramı şəkərbura-paxlava yemək üçün gözləyir. Amma Novruzda masaya sadəcə şirniyyat qoyulmur. Novruz menyusunu xanımlar əvvəlcədən düşünürlər ki, bayramda ən dadlı və gözəl görünüşü olan yeməkləri bişirsinlər. Ailədən - ailəyə bayram menyusu fərqlənsə də, müşahidələrimiz əsasında əhalinin böyük bir hissəsinin eyni yeməkləri hazırladığını söyləyə bilərik. ANS PRESS-in məlumatına görə, bayram axşamı süfrəyə isti yeməklərdən qaraltılı aş, toyuq ləvəngisi, yarpaq dolması, müxtəlif növ salatlar (adətən tək paytaxt salatı hazırlanır), desert kimi bayram şirniyyatları - paxlava və şəkərbura, qoğalı da bura əlavə etmək olar, konfetlər, meyvələr qoyulur. Novruz bayramında spirtli içkilər içilmədiyindən masaya adətən meyvə şirələri, kompot, qazlı sular və s. qoyulur.

"Azərbaycanda sıravi ailə bayramı qeyd etmək üçün azı 100-120 manat xərcləməlidir"
Adətən əhali bayram süfrəsi haqqında hələ bayramdan xeyli əvvəl düşünür. Bayramqabağı ərzaqların qiymətlərinin iki dəfə qalxması bunun düzgün olduğunu göstərir. Novruzda büdcəsi çox az olan ailələr də çalışır ki, bayram günü süfrəsi boş qalmasın.


Milli valyutanın dollar qarşısında 50% ucuzlaşmasını və bir sıra ərzaq və yeyinti məhsullarının qiymətlərinin artmasını nəzərə alaraq Novruz bayramında süfrə açmaq paytaxt sakinləri üçün kifayət qədər ciddi məbləğə başa gələcək.

ANS PRESS paytaxtda sıravi ailənin bayram masasına nə qədər pul xərclədiyini araşdırıb. 1 kq düyünün qarası ilə birlikdə aşını süzmək 30 AZN-ə, qara qoyun ətindən olsa 32 AZN-ə başa gəlir, broyler toyuğundan ləvəngi 11 AZN, kənd çolpasından 14 AZN-ə, 1 kq dana və ya qoyun ətindən dolma 11-13 AZN, 10 pors paytaxt salatı isə 8,50 AZN-ə başa qəlir.

Məhsulların qiyməti 1 kq-yə görə göstərilib (Bazarda olan orta qiymətlər)
Şəkərburalı, paxlavalı, şorqoğallı, səmənili və Novruz çərəzləri ilə dolu orta ölçülü bayram xonçası 15 AZN-ə başa gəlir.

Bununla da təkcə yeməyə və xonçaya azı 75 AZN tələb olunur. Masaya bir qab meyvə və meyvə şirəsi qoymaq istəyən əlavə 20 AZN ödəməlidir. Konfetlərə gəldikdə burada da qiymətlər fərqlidir: şokoladlı konfetin kilosu 4-18 AZN, karamelin qiyməti isə 3,50-7 AZN arasında dəyişir. Bu rəqəmin üzərinə səməni, şam və s. kimi bayram atributlarının qiymətlərini də əlavə etsək, məbləğ bir az da şişir. Beləliklə, orta hesabla Azərbaycanda sıravi ailə bayramı qeyd etmək üçün azı 100-120 manat xərcləməlidir. Bu məbləğ Azərbaycanda orta aylıq əməkhaqqının 25%-ni təşkil edir.

Xarici təcrübəyə nəzər salsaq görərik ki, bizdən fərqli olaraq qonşu dövlətlərdə bayramqabağı kütləvi şəkildə endirimlər başlayır. Onlarda hər hansı bayramın olacağı gündən təxminən bir ay öncə endirimlərə start verilir. Həmin ölkələrdə, məsələn, Rusiya və Türkiyədə bu cür ənənə artıq illərdir ki, davam edir. Həm də oradakı endirimlər real endirimlərdir. Odur ki, adı çəkilən ölkələrdə istənilən ailə kiçik də olsa, bayram süfrəsi açaraq özlərini bayram əhval-ruhiyyəsində hiss edirlər.

Türkiyə, Rusiya
Bayramı adət-ənənəyə uyğun qarşılamaq üçün maaşın 25-30%-ni xərcləmək, əlbəttə ki, əhalinin böyük hissəsinə sərf eləmir. Bir axşama xərclədiyi bu pulları ailə 1-2 həftəyə xərcləyə bilər. Ola bilsin ki, son devalvasiyadan sonra maddi durumlarının zəif olması ilə əlaqədar paytaxt sakinlərinin bir çoxu Novruz bayramını istədikləri kimi qarşılaya bilməyəcəklər. Burada məşhur atalar sözü yada düşür: "Ayağınızı yorğanınıza görə uzadın". Bizim halda isə "Qazanınızı cibinizə görə doldurun".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ