Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Anam diziüstə dayanıb 7 qarış torpaq yaladı"

"Anam diziüstə dayanıb 7 qarış torpaq yaladı"

"Dəladuz uşaq olmuşam. Əsgərlikdə cəzalarım, səhvlərim çox oldu. Ən son mən və dostum buraxıldı. Etdiklərimizə görə gec buraxıldıq".

Lunar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "7 Canlı" proqramında deyib. Müğənni əsgərlik dövründə etdiklərindən və anasının onunla bağlı əhdindən danışıb:

"Anamgil narahatdı, gedib hərbi komisarlığa maraqlanıblar. Deyiblər ki, çıxıb. Mən də əsgərliyi bitirdim, sonra da gedib 10 gün şəhəri gəzdim. Düz 2 ay gecə gəldim əsgərlikdən. Anam niyyət edib ki, Vasif gələndə 7 qat torpaq yalayacam. O vaxt telefon yox idi, indikilər kefdədir. Gəldim evə, taksidən endim. Anam gəldi, dedi dayan, qucaqlamadı məni. Diziüstə dayandı və 7 qarış torpağı yaladı".


Axşam.az





Loading...




Loading...

İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
Loading...
  • ÇOK OXUNAN
  • YENİ