Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"eManat" sistemi sizi də aldada bilər: "Karta pul vurdum, yoxa çıxdı"

"eManat" sistemi sizi də aldada bilər: "Karta pul vurdum, yoxa çıxdı"

"Karta pul vurdum, yoxa çıxdı". Bizimxeber.az bildirir ki, bu barədə tanınmış jurnalist Bəxtiyar Hacıyev məlumat verib.

"Səhər tezdən "Azərsu" smart-kartına ödəniş etmişəm. Sayğaca yaxınlaşdıraram kartı, pul pul, gorbagor olub. Üç saatdır "eManat"ın nömrələrinə zəng edirəm, qəbullarına düşmək olmur. Bilirəm ki, problem özlərindədir, ona görə də növbələr yaranıb, danışmaq olmur operatorları ilə.

Dabbaqda gönlərinə bələdəm. Handan-hana cavab verildi ki, bəs "Azərsu" sistemində ümumi problem var, ona görə də belə alınıb. Nə etməli? Ya getməliyik "Azərsu"yun müvafiq idarələrinə, ya da "ASAN Kommunal"a. Soruşuram, niyə axı? Niyə mən əziyyət çəkməliyəm?

Niyə vaxtımı alırsınız? Niyə işdən icazə almalıyam? Problem sizindir, siz də düzəldin. Deyir, belədir də, kütləvi problemdir. Zəng etdim AZERSU OJSC-yə, dedilər ki, eManat yalan danışır, problem bizdə deyil, özlərindədir. Ənənəvi bürokratiya. Bəs nə edim? Heç nə, indi getməliyəm Yasamal Sukanal İdarəsinə, kartımı verməliyəm ki, ödənişimi bərpa etsinlər.

Bu, birinci dəfə deyil, bir dəfə də başıma oyun açmışdı "eManat".

Sual olunur: əgər normal xidmət göstərə bilmirsinizsə, problem çıxanda həll edə bilmirsinizsə, müştərini əziyyətə salırsınızsa, vaxtını alırsınıza, mənasız terminallarınız kimə lazımdır?

Bundan sonra "eManat" tövbə oldu mənə. Necə məhkəməyə verim bunları?

P.S. Getdim Sukanal İdarəsinə. Məlum oldu ki, "eManat" hələ də ödənişi köçürməyib "Azərsu" hesabına. Yəni qaldı sabaha. Elə orada bir də zəng etdim "eManat"a, ürəyimdən keçənləri dedim. Bütün vaxtımı aldılar, əsəb də öz yerində.

P.S. Bu gün "Azəriqaz" ödənişlərində də problem yaranıb, yenə də "eManat"da. Əgər qurumların sistemində problem varsa, niyə "MilliÖN"də ödəniş etmək olur bəs? #emanatayox ". /7news.az/









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ