Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub. ANS PRESS-in məlumatına görə, prezidentin fevral ayında təxirə düşən səfəri mart ayında reallaşacaq.

Ərdoğanın Azərbaycana səfəri mart ayının 15-də reallaşacaq. Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir. Gələn həftə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməlidir.


Ərdoğanın Gəncə səfəri təxirə düşdü
Rəcəb Tayyib Ərdoğanın səfəri fevralın 18-də baş tutmalı idi. İlk olaraq görüşün Gəncədə keçirilməsi planlaşdırılmışdı. Lakin sonradan qeyri-sabit hava şəraiti ilə bağlı görüş yeri Bakı təyin edildi. Buna baxmayaraq fevral ayının 17-də Ankarada baş vermiş terror hadisəsi ilə bağlı dövlət başçısının səfəri təxirə salındı.

Onun qatılacağı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında ikitərəfli münasibətlərin hərtərəfli inkişafı və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqların baş tutacağı, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələrin müzakirə olunacağı gözlənilirdi. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması planlaşdırılır

Ankara terroru

Ankarada terror aktı: ölü və yaralılar var
Ankarada silahlı qüvvələrin Baş qərargahının yüksək rütbəli zabitlərini daşıyan avtobus partladılmışdı. Terror aktı nəticəsində 28 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Terror aktı Ankaranın mərkəzində, Böyük Millət Məclisinin binasının təxminən 1 kilometrliyində baş verib.

Hərbçiləri daşıyan avtobuslar Dövlət Məhəlləsində hərbçilər üçün nəzərdə tutulmuş qapalı şəhərciyə gedirmiş. Ehtimal olunur ki, avtobusdakılar Baş qərargahın işdən sonra evlərinə gedən zabitləri olub.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ