Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu gündən Bakıda bayram yarmarkaları təşkil olunur

Bu gündən Bakıda bayram yarmarkaları təşkil olunur

Bu gündən Bakıda bayram yarmarkaları təşkil olunur

Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar təşkil edilib. ANS PRESS-in məlumatına görə, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bakının 5 ünvanında - Xətai, Nərimanov, Səbail, Suraxanı və Binəqədi rayonlarında fəaliyyətə başlayıb.

Baş çəkdiyimiz Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1 ünvanında təşkil edilən yarmarkada qiymətlərin nə qədər ucuz olub-olmadığını öyrənmək istədik. Müşahidələrimiz göstərdi ki, şəhərin ənənəvi bazarları ilə müqayisədə yarmarkada qiymətlər nisbətən ucuz olsa da ciddi fərq yox idi.

Yarmarkaya gələn alıcılar qoz ləpəsini 10-15 manat, fındıq ləpəsini 7-12 manat, şabalıdı 6-7 manata, pomidoru 0,80-2,50 manata, xiyarı 1,30-2 manata əldə edə bilərlər.

Yarmarkada satılan məhsulların qiymətləri
Yarmarkada yerli qoz, fındıq və digər məhsularla yanaşı xarici məhsullara da rast gəldik. Alıcıları narazı salan əsas məqam isə yerli məhsulların qiymətindəki artım idi. Ucuz qiymətə təklif edilən məhsulların bəzilərinin keyfiyyəti isə aşağı idi.

Yarmarkada satılan məhsulların qiymətləri
"Yarmarkada qiymətlər bazarla müqayisədə bir qədər aşağıdır, amma daha ucuz olacağını gözləyirdim".
Alıcı Arif Əhmədov deyir ki, yarmarkada bəzi məhsulların qiymətləri bazarlarla müqayisədə aşağıdır, amma o, daha ucuz olacağını gözləyirdi. "Bəzi məhsullar ucuzdur, amma elələri də var ki, market və bazarlarla eyni qiymətədir. Məsələn, portağalın qiymətində heç bir fərq yoxdur. Hər ikisində 2 manatdır”, - deyə alıcı bildirdi.

Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1 ünvanında təşkil edilən yarmarka

Bəzi satıcılar isə qiymətlərin Kənd Təsərrüfatı nazirliyi tərəfindən çox ucuz təyin edildiyini dedilər. “Daşınma və digər xərcləri nəzərə alsaq, qiymətləri çox aşağı müəyyən edirlər. Bu bizə sərf etmir”, - deyə satıcı bildirdi.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mamed Həziyevin sözlərinə görə, yarmarka başlamazdan 3-4 gün əvvəldən şəhərin bazarlarında monitorinqlər aparılır. “Həmin monitorinqlər əsasında qiymətlər müəyyənləşdirilir. Yarmarka qiymətləri bazarlardakından 20-30 % ucuz təyin edilir. Hər bir məhsulun üzərində qiymətlər göstərilir”, - deyə nazirlik rəsmisi bildirdi.

Qiymətlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təyin edilsə də bəzi satıcılar məhsulları baha qiymətə satmağa çalışırdı. Məsələn, nazirliyin qiymət cədvəlində nar 0,80-1,80 manat arasında təyin edilsə də yarmarkada Ağsu narının 2-2,50 manat arasında satıldığının şahidi olduq. Buna görə də nazirliyin əməkdaşları süni qiymət artımının qarşısını almaq üçün yarmarkada monitorinqlər aparırdılar.

Yarmarkalarda bəzi məhsullara Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təyin edilən qiymətlər
Azərbaycanda yarmarkalar 2006-cı ildən təşkil edilir. Ötən ilə kimi yarmarkalar Bakı şəhərinin 7 rayonunun 11 ünvanında olurdu. Bu il isə 5 ünvanda təşkil olunur. Yarmarkalara 45-ə yaxın rayondan kənd təsərrüfatı, o cümlədən emal zavodlarının məhsulları gətirilir. Bundan əvvəl dekabrın 26-dan 31-dək Yeni il yarmarkaları təşkil edilmişdi.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ