Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Corabımı xanımım geyindirir" dedi, mübahisə düşdü - Video

"Corabımı xanımım geyindirir" dedi, mübahisə düşdü - Video

Əməkdar artist Rəhman Rəhmanov açıqlaması ilə müzakirələrə səbəb olub.

Lunar.az xəbər verir ki, aktyor "Elgizlə izlə" proqramında həyat yoldaşından danışıb. Onun corablarını belə xanımının geyindirməsini deməsi tənqid olunub:

"Mənə belə yaxşı baxırlar. Xanım özü sayqı göstərməlidir, deyir, gətir ayağını yuyum".

Verilişdə yer alan ekspert vəkil Şəfiqə Nağıyeva onun fikirlərinə etiraz edib. "Sağlam olduğu halda ərə corab geyindirməyə razı deyiləm. Bu, hörmət əlaməti deyil. Kişi qadına hörmət etməlidir. Arvad qorxur ki, qoyub gedər? Rəhman müəllimə nə var, cavan kişidir. Olmaz" deyə, Ş.Nağıyeva söyləyib.

Elgiz isə ona etirazını bildirərək, qadınların ərin corabını geyindirməyə məcbur olduğunu söyləyib:

"Çox qadın var ki, ərlərinə elə sayqı, qayğı göstərirlər. Elə danışıb onları bu fikirdən yayındırmayın. Mənim ayaqqabımı da, corabımı da həyat yoldaşım geyindirir. Hörmət qarşılıqlıdır. Kişi səhərdən axşama kimi qaçanda, bazarlıq edəndə, uşağın təhsil haqqını ödəyəndə olar? Qadınları ayıldıb, pis yerə yönəltmə. Niyə olmaz ki?" .



Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ