"7-ci sinifdən işlədiyimə görə məktəbə az gedirdim"
Əməkdar artist Xəyyam Nisanov məktəb illərindən danışıb.
Lunar.az xəbər verir ki, “Özəl” verilişində qonaq olan sənətçi erkən yaşlarından işləməyə başladığını bildirib:
"Dördüncü mikrorayonda 5 nömrəli məktəbdə oxumuşam. Təəssüf ki, 7-ci sinifdə atamı itirdikdən sonra məktəbə az gedirdim. İşləyirdim və paralel olaraq musiqi ilə məşğul idim".