Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanda  şok anlar: Toya gələn qadını qapıda yoxlayanda görün nə oldu - HADİSƏ ANININ VİDEOSU

Azərbaycanda şok anlar: Toya gələn qadını qapıda yoxlayanda görün nə oldu - HADİSƏ ANININ VİDEOSU

İsmayıllı Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Röya” şadlıq sarayında keçirilən yoxlamalar zamanı toya dəvət edilən qonaqlar içərisində bir nəfər qadının aktiv koronavirus xəstəsi olduğu müəyyən edilib. O, ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.

Qadının saraya girişinə icazə verilməyib və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.





Loading...




loading...

İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
loading...
  • ÇOK OXUNAN
  • YENİ