Zəfəran dünyada ən bahalı və nadir ədviyyatdandır.
Lunar.az xəbər verir ki, bu bitki bir çox xəstəliklər və pozulmalar (göz, sidik-cinsiyyət, ürək-damar, nəfəsalma sistemi xəstəlikləri və s.) zamanı müalicəvi vasitə kimi geniş istifadə olunur.
Zəfəran ürək üçün olduqca faydalıdır. Onun tərkibindəki maddələr ürəyin fəaliyyətini yaxşılaşdırır.
Qədim zamanlardan bəri loğman həkimlərin tövsiyyə etdiyi zəfəranlı içkinin reseptini təqdim edirik.
Yarım çay qaşığı xırdalanmış zəfəranın üzərinə 1 fincan qaynar su əlavə edib dəmləyin. Hazırlanmış içkidən gündə iki dəfə yeməkdən əvvəl 1 x.q qaşığı olmaqla qəbul edin.