Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Binalara qaz sayğacları pulsuz quraşdırılacaq VİDEO

Binalara qaz sayğacları pulsuz quraşdırılacaq VİDEO

Gələn aydan etibarən yeni inşa olunan çoxmərtəbəli yaşayış binalarına qaz sayğacları pulsuz quraşdırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "facebook" səhifəsində etdiyi canlı yayım zamanı məlumat verib.

Ruslan Əliyevin sözlərinə görə, artıq heç bir MTK sahibi vətəndaşdan qaz sayğacına görə ödəniş tələb edə bilməz. Qurum rəsmisi bu cür binalardan ev alan vətəndaşları diqqətli olmağa və aldanmamağa çağırıb.

Qeyd edək ki, bu vaxta kimi MTK sahibləri sayğacları "Azəriqaz"dan satın alırdılar.

Ruslan Əliyev deyib ki, bəzi MTK rəhbərləri də bundan sui-istifadə edərək, 70-90 manata aldıqları sayğac üçün mənzil sahiblərindən 10-15 dəfə çox məbləğ tələb edirdilər.


[center][/center]








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ