MAQATE İranın uranı 20 faizə qədər zənginləşdirməyə başladığını açıqladı. ABŞ da öz növbəsində eks-prezident Donald Trampın maksimum təzyiq siyasətini davam etdirir. Bu, amansız bir çıxış yoludur.
Lunar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.
Ulyanov Vyana danışıqlarının dərhal bərpa olunmasının vacib olduğunu bəyan edib.
Qeyd edək ki, bir müddət öncə İran MAQATE-ni uranı 20 faizə qədər zənginləşdirməyə başladığı barədə xəbərdar edib.