Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qaydaları pozanlar cərimələnəcək - 200 manatdan 11 minə qədər

Qaydaları pozanlar cərimələnəcək - 200 manatdan 11 minə qədər

Xəbər verdiyimiz kimi, iyulun 1-dən icazə veriləcək şənlik mərasimləri "İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməlidir.

Lunar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişiklikdə deyilir.

Qeyd edilir ki, şərtlərə əməl etməyən vətəndaşlar inzibati qaydada cəzalandırılacaqlar.

Belə ki, Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Suallar olduğu təqdirdə 9108 nömrəli qaynar xəttə müraciət oluna bilər.



Big.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ