Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu Gün üçüncü çərşənbə - yel çərşənbəsidir

Bu Gün üçüncü çərşənbə - yel çərşənbəsidir

Bu Gün üçüncü çərşənbə - yel çərşənbəsidir


Bu gün Yel çərşənbədir. Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel ağ, qara yel qara, xəzri göy, gilavar qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Qədim deyimlərə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.

Novruz xonçası
Bundan başqa, inanca görə Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.


Bu gün Od çərşənbəsidir
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.



Çərşənbədən – çərşənbəyə

Ey Yaradan, şükür sənə
Baş əyirəm qüdrətinə
Təzələyib yaddaşımı
Hikmətini öyrənməyə
Çərşənbədən – Çərşənbəyə.


Su göndərdin çeşmələrə
Su qaldırdın bu göylərə
Can eşidib, can deməyə
Qaynar, axar qan ürəyə
Çərşənbədən – Çərşənbəyə.

Od vermisən sən günəşə
Yaşıllanır çəmən, meşə
Nəğmə düşür hər ürəyə
Qaynaşırıq deyə-deyə
Çərşənbədən – Çərşənbəyə.

Can vermisən hər nəfəsə
Yel sığarmı heç qəfəsə
Yön vermisən hər küləyə
Qənəd taxır min diləyə
Çərşənbədən – Çərşənbəyə.

Bu torpaqdan verdin deyə
Şükredirik yeyə-yeyə
Sultan baxıb duz çörəyə
Hörmət ilə başın əyə
Çərşənbədən – Çərşənbəyə.











Prinsesa от 8 mart 2016 22:48
Weirden cox xowum geldi cox saol can
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ