SON DƏQİQƏ: Hamının ürəyindən olan ŞAD XƏBƏR - RƏSMİ
"Təcili tibbi yardım xidməti icbari tibbi sığortaya aiddir. Dərman təminatı da sığorta zərfinə daxildir".
Lunar.az sfera.az-a istinadən xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. [banner_xeberici] {banner_xeberici} [/banner_xeberici] Agentlik rəsmisi qeyd edib ki, hər hansı bir tibbi xidmət pasiyentin istəyinə görə deyil, həkimin təyinatı ilə pulsuz göstərilə bilər: "Hansısa tibb müəssisəsinin həkiminin göndəriş verməməsi ilə bağlı narazı qalan vətəndaş həmin səhiyyə ocağının rəhbərliyinə müraciət edə bilər. Əgər xəstənin istəyi əsaslıdırsa, onun şikayəti təmin edilə bilər".