Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sabahdan rayonlara avtobus AÇILIR - 1 il 2 aylıq fasilədən sonra

Sabahdan rayonlara avtobus AÇILIR - 1 il 2 aylıq fasilədən sonra

Sabah saat 09:00-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksində 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar bölgələrə yola düşəcək.

Lunar.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 663 avtobus xidmətə cəlb olunub.

Qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib ki, sərnişinlər səfərdən öncə avtovagzal.az saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair, eləcə də şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmalıdırlar:

“Şuşaya və işğaldan azad olunan regionlarımıza da gələcəkdə səfər ümidi ilə, Allah yolunuzu açıq və rəvan etsin!”, deyə Nuridə Allahyarova əlavə edib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ