Ermənistanın sərhəddə fəallaşmasının səbəbi bu imiş - İyunun 20-dən...
Ermənilərin son günlər fəallaşmasının arxasında keçiriləcək seçki məsələsi və Nikol Paşinyan dayanır".
Lunar.az qaynarinfo-ya istinadən bildirir ki, bunu politoloq Azər Qasımlı deyib. Onun fikrincə, Rusiya bölgəyə hakim olmaq üçün əlindən gələni edir:
"İki xalqı vuruşdurmaq Rusiyanın ənənəvi siyasətidir. Rusiya prezidenti istəyir ki, bu prosesdə Paşniyanı zəif göstərsin. Bunu bilərəkdən edirlər ki, Paşinyanın erməni cəmiyyətində hörməti düşsün, reytinqi azalsın. Seçkiyə hesablanmış siyasətdir. Həm də hakimiyyətin özünə də bir təhdiddir. Ermənistan rəhbərliyi də bu məsələdən istifadə etməyə çalışır".
Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, ermənilərin bu fəallaşması iyunda keçiriləcək seçkiyə kimidir:
"Seçki ərəfəsində hamı bulanıq suda balıq tutmaq istəyir. Onlar cəmiyyətə nümayiş etdirmək istəyir ki, Nikol Paşinyan və onun rəqibləri hamılıqla vətənpərvərdir. Azərbaycandan qorxmurlar, Ermənistanı müdafiə edirlər. İyunun 20-dən sonra bütün bu fəallıq kəskin şəkildə azalacaq".