Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Abdullayev Tofiq Seymur oğluna qohumu Məmmədov Mehman Aydın oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şalvarın bel hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,5047qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,082 qram olan psixotrop maddə metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ