Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Svanlar kimdir, onları kimlər qızışdırır? – Borçalıda gərginlik

Svanlar kimdir, onları kimlər qızışdırır? – Borçalıda gərginlik

“İstisna etmirəm ki, bir qrup aqressiv svanla soydaşlarımız arasında gərginlik yaradılması üçüncü dövlətinq maraqlarındadır”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Borçalı bölgəsindəki gərginliyə diqqət çəkib:

“Artıq iki gündür ki, Gürcüstanın Dmanisi (Başkeçid) şəhərində svanlarla yerli azərbaycanlılar arasında gərginlik var. Olayın səbəbi budur ki, dava salan svanlar kadrlardakı dükandan daim nisyə olaraq ərzaq və içki götürüblər. Azərbaycanlılar da onlardan borcun ödənməsini istəyəndə mübahisə, sonra dava düşüb. Yəni davanın səbəbkarları svanlardır.

Dmanisidəki, yəni Başkeçiddəki svanların əksəriyyəti əvvəllər Gürcüstanın ayrı bölgəsində yaşayıblar. “Eko-miqrant” statusu ilə Başkeçidə yerləşdirilən svanlar burada yerli gürcülərlə də tez-tez dava salırlar. Şəhər və şəhər ətrafında məskunlaşmış svanlar gürcülərin də səbir kasasını daşdırıb. Həddən artıq həyasız və aqressiv davranan, dava salan kütlə ilə bağlı Gürcüstanın hakimiyyət orqanları araşdırmalara başlayıb.

Davanın əvvəlcədən hazırlanmış ssenari olduğu istisna olunmur. Aqressiv svan qrupunun Gürcüstanın başqa yerinə köçürüləcəyi gözənilir. İstisna etmirəm ki, bir qrup aqressiv svanla soydaşlarımız arasında gərginlik yaradılması üçüncü dövlətin maraqlarındadır. Adi məişət qarşıdurmasıdır, amma svanların belə davranışı illərdir davam edir. Rəsmi Tbilisi bununla bağlı zəruri addımlar atmalıdır”.

Elçin Alıoğlu qeyd edib ki, Gürcüstandakı səfirliyimiz və müvafiq dövlət qurumları artıq problemlə məşğuldur:
“Yaşananları heç bir halda Gürcüstanda gürcülərlə azərbaycanlılar arasında qarşıdurma kimi qəbul etmək, xalqlarımıza düşmən kəsilən qüvvənin oyununa aldanaraq düşünülməmiş və emosional addımlar atmaq olmaz. Gürcüstandakı soydaşlarıma soyuqqanlı, rasional olmağı məsləhət görürəm. Düşmənin istədiyi də əsəbi, emosional davranışdır, bunu unutmamalıyıq”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ